Ə.Cəmil yaradıcılığına səyahət

Ə.Cəmil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun şeirləri təmiz, saf bir bahar havası kimi asan udulur, günəşin ilıq təravəti kimi bizim qəlbimizi oxşayır. Çünki onun şair qəlbində günəşin kiçik bir zərrəsi vardır. Bu zərrədən 26 saylı məktəbin IV ç sinif şagirdləri də faydalanmaq üçün tədbir keçirdilər. Tədbirdə şagirdlər "Əmrahın anasi", "Can nənə bir nağıl de" əsərlərini səhnələşdirdilər. Ə.Cəmilin vətənə aid yazdığı şeirlərini şagirdlər həvəslə söyləyirdilər. Daha sonra "Vətən", "Səhər - səhər", "Anama məktub", "Tonqal başında", "Yaz", "Yay", "Payız", "Qış" şeirləri səsləndirildi. Şagirdlərin çıxışından sonra məktəbimizin qonağı Ə. Cəmilin qızı Sevil Cəmilzadə bu tədbirin keçirilməsində əziyyəti olan müəllim və şagird kollektivinə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi