Anım günü

  Bu gün məktəb rəhbərliyinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü münasibətilə geniş tədbir keçirilmişdir. Məktəbin müəllim kollektivi ilk olaraq rayon ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksini ziyarət etmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

 Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Çıxış edən məktəbin direktoru Yaqut xanım Məmmədova Prezident İlham Əliyevin 27 Sentyabr Anım Günü ilə bağlı imzaladağı Sərəncamın böyük əhəmiyyətindən , Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu, Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olduğundan danışmışdır.

  Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu igid oğulları böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürünü bildirmiş , onlara Allahdan səbr diləmişdir.

  Daha sonra çıxış edənlər bildirmişdilər ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

 Sonda Vətən müharibəsinə həsr olunmuş muzeyə baxış keçirilmişdir.

  Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi