Yeni tədris ilinin ilk günü qeyd olunmuşdur

   Bu gün I - IV sinif şagirdləri ilk dərs günü ilə əlaqədar məktəbə qədəm qoymuşdular. Bu münasibətlə I sinif şagirdləri üçün məktəbin həyətində "Salamlama" tədbiri keçirilmişdir.

  Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndilimişdir.

  Məktəbin direktoru Yaqut xanım Məmmədova bu il ilk dəfə məktəbə qədəm qoyan birinciləri salamladıqdan sonra onlara təhsillərində uğurlar arzulamışdır.

  Daha sonra şagirdlərin ifasında "Vətən" şeiri səsləndirilmişdir. Qarabağ müharibəsinin şəhidlərinin şəkilləri əks olunmuş köynəkləri geyinən birincilər "Zəfər bizimdir " şüarlarını səsləndirdikdən sonra İlk Zəng çalınmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi