“SEHRLİ BAĞ”

07.06.2016- cı il tarixində 26 saylı tam orta məktəbin rus bölməsinin Ih sinfi Əlifba bayramını qeyd etdilər. Tədbir çox maraqlı və şən keçdi.Uşaqlar hərə bir meyvə,həşərat rolunda çıxış edərək həm izləyiciləri şənləndirdilər, həm də il ərzində öyrəndikləri bilikləri nümayiş etdirdilər.Uşaqlar nağıllar aləminə baş vurdular, böyük ustalıqla personajları təqdim etdilər. Gah müğənni, gah da rəqqas oldular. Xarici rəqslər və akrobatik hərəkətlər hamını heyrətə saldı. Bir sözlə, tədbir həm uşaqların,həm də tədbirdə iştirak edən valideyn və müəllim kollektivinin çox xoşuna gəldi.Tədbirin təşkilatçısı, Ih sinfinin sinif rəhbəri, həm də ibtidai siniflər üzrə metodbirləşmənin sədri Nəcəfova İreyhan Sirac qızının tədbirin belə maraqlı, şən və əyləncəli keçirilməsində böyük rolu olmuşdur.Tədbirin sonunda məktəbin direktoru Səmədov Natiq və rus bölməsinin dərs hissə müdiri Əskərova Rəna və digər müəllimlər çıxış edərək şagirdləri və tədbirin təşkilatçılarını təbrik etdilər.