Son zəng

   

    Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbiri məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində şagirdlərin sayına görə iki dəfə 1 saat müddətində keçirilmişdir.

   Dövlət Himni səsləndirildikdən sonra, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

  Tədbiri açıq elan edən məktəbin direktoru Yaqut xanım Məmmədova 27 sentyabr tarixindən etibarən Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrinin necə yazıldığı ,xalqımızın 30 ilə yaxın müddətdə səbr etməsi və işğal altında olan əzəli torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın bütün mümkün diplomatik vasitələrdən istifadə etməsini vurğulamışdır. Cənab Ali Baş Komandana, Cənab Prezidentə onun rəhbərlik etdiyi Müzəffər Ordumuza " Zəfər Bayramı " ını bizə yaşatdığı üçün minnətdarlığını bildirmişdir.

Həmçinin məktəb kollektivinin uğurlarını qeyd edərək Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirdikdən sonra müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir .

  Tədbirdə çıxış edən şagirdlər öz məzun yoldaşlarını təbrik etmiş ,onların həyatında əvəzedilməz rolu olan müəllimlərinə dərin təşəkkürlərini birldirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi