"Respublika Günü"adlı tədbir keçirildi.

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.. Məktəbimizin tarix müəllimi Elçin Əliyev və Gülyaz Dadaşova "28 May Respublika Günü" adlı tədbir keçirdi.Tədbirdə şagirdlər tarixi faktları qeyd edir,vətənə həsr olunmuş şeirlər və musiqilər səsləndirirdilər.Tədbirin sonunda məktəbin direktoru N.Səmədov tədbir haqqında fikirlərini söylədi.