"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirildi.

Ulu öndərin Azərbaycanımız haqqında dedikləri sözə diqqət yetirək. “Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövlətimiz var. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində , bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Müstəqil, azad Azərbaycanımıza gözəl gələcəklər arzu edirəm.” Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər çətindir. Məktəbimizin ibtidai sinif müəllimləri Qədirova Təranə, Məhərrəmova Nərgizini rəhbərlik etdiyi IVç və IVg sinif şagirdləri ilə "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirdi. Şagirdlər ifa etdiyi mahnıları, rəqsləri ilə diqqəti cəlb edirdi. Tədbirin sonunda məktəbin direktoru N.Səmədov şagirdləri təbrik etdi.