"Tariximizi bilək"adlı ekskursiya təşkil olundu.

21.05.2016-cı il tarixində məktəbin tarix müəllimi Əzimova Əfsanənin təşkil etdiyi ekskursiyada VI ç , VI g , VI ə, VI f, VII g, VIII ə, Ve sinifləri və sinif rəhbərləri Süleymanova Reyhan, Məlikova Əsmətxanım, Süleymanova Dilguşə, Əliyeva Rəhilə, Məmmədova Samirə, Muradova Zülfiyyə iştirak etmişdilər. Ekskursiyamız Azərbaycan Tarix muzeyi, Xalçaçılıq muzeyi və Dənizkənarı parkda gəzintidən ibarət olmuşdur. Şagirdlər Tarix muzeyində yeni açılmış Şah İsmayıl Xətainin sərgisində olmuş, maraqlı məlumatlar almış , məktəbdə aldığı bilikləri viziual olaraq görüb , bələdçilərin izahını dinləməklə yeni , maraqlı məlumatlar əldə etdilər. Bütün bunlar şagirdlərin dünyagörüşünün artmasında əvəzsiz rolu var.