"Yaşıl dağ" aksiyası keçirildi.

“Yaşıl dağ” aksiyası IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində keçirilən “Yaşıl dağ” aksiyasına 26 saylı məktəbin şagirdləri çox fəal qoşuldular.Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarət idi.Bu aksiyada 26 saylı məktəbin şagirdləri,xüsusilə rus bölməsinin şagirdləri daha fəal iştirak etdilər.Rus bölməsinin dərs hissə müdiri Rəna Əskərovanın təşşəbbüsü ilə daha fəal iştirak edən şagirdlər və təşkilatçılığa görə onların sinif rəhbərləri mükafatlandırıldı.Mükafatlandırılmada iştirak edən məktəbin direktoru Natiq Səmədov şagirdlərə və sinif rəhbərinə aksiyada fəal iştiraklarına görə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi