"Yaşıl dağ" aksiyasına biz də qoşulduq

"Yaşıl dağ" aksiyasına qoşulmaq istəyənlər az deyil.İnsanların kağız tullantıların bir yerə toplanması ilə yaradılan simvolik dağ "yaşıl" gələcək üçün çağırışdır. Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Aksiyada Bakı şəhərində fəaliyyət göstərən məktəblər fəal iştirak ediblər.Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək məqsədilə məktəbimizin şagirdləri kağız tullantısı gətirərək aksiyaya qoşuldular.