"Yaman olur ayrılıq"

“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında “Azərbaycan Respublikası Təhsil nazirinin 07 aprel 2016-cı il tarixli 191 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi,əməkdar müəllim Tamilla Muradovanın rəhbərliyi ilə IX b sinif şagirdləri “Yaman olur ayrılıq” adlı dəyirmi masa keçirildi.Şagirdlər “Durun gedək evimizə“ adlı sənədli filmə baxıb fikirlərini bildirdilər.Nəticədə şagirdlər adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəylinin 1919-1962-ci illərdə mühacirətdə yaşadığı bütün dövrdə əqidə və amalından dönmədiyini, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə apardığını,Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəmədiyini öyrəndilər.