"H.Əliyev bir dahidir"adlı tədbir keçirildi.

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. O, bir millət ,xalq mücahidi idi.O, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca o, da yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin 93 illiyinə həsr olunmuş tədbir məktəbin həyətindən başlayaraq davam etdi.Tədbirdə məktəbimizin tarix müəllimi E.Əliyev Ulu öndərin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətləri haqqında danışdı.Şagirdlər isə bu dahi şəxsiyyətə həsr olunmuş mahnı səsləndirdilər.Məktəbin giriş hissəsində təşkil olunmuş sərgidə şagirdlər əl işlərini təqdim etdilər.Siniflərdə birinci dərs Heydər Əliyevə həsr olundu.Şagirdlər hazırladıqları slaydları təqdim etdilər.Zəlimxan Yaqubun ulu öndərə həsr etdiyi şeirləri səsləndirdilər.Onun təhsil üçün dediyi kəlamları xatırladılar.”Təhsil millətin gələcəyidir”-kəlamı şagirdlər devizinə çevrilmişdir. İbtidai siniflərdə də ulu öndərə həsr olunmuş tədbir keçirildi.Tədbirdə "Sağlam sinif sağlam həyat"sinifləri üzrə metodistlər Rəhimova İlahə,Zülfüqarova Aynur,Hüseynova Fəridə iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi