"Məktəblilərin vətən sevgisi"adlı tədbir keçirildi.

.Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır. Sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Yəni Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgəridir. Məktəbimizin kimya müəllimi Mehdiyeva Rəfiqə IX d sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdi.Tədbirdə şagirdlər hazırladıqları səhnəciyi,söylədiyi şeirləri yüksək hiss və həyəcanla təqdim etdilər.Tədbirdə aparıcı şagird aprelin 4də şəhid olmuş Xaliq Əzizzadənin bacısı qızı Zeynəb aparırdı.O, dayısının timsalında bütün şəhidlərlə fəxr etdiyini bildirdi. Tədbirin sonunda məktəbin rəhbərləri tədbir haqında öz fikirlərini söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi