"Vətən qəhrəmanlarını unutmur"adlı tədbir keçirdi.

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir. Bəli!Biz artıq vətənsiz yaşaya bilmirik.Son dövrlərdə baş verən hadisələr şagirdlərdə vətənpərvərlik hissinin güclənməsinə səbəb olub.Bu məqsədlə məktəbimizin kimya müəllim X.Cəbrayılova rəhbərlik etdiyi VIII c sinf şagirdləri ilə tədbir keçirdi.Tədbirdə şagirdlər vətən haqqında şeirlər səsləndirdilər.Əsgər ailəsi ilə canlı bağlantı şagirdlərdə fərəh hissi yaratdı.Əsgərin ailəsi ,həyat yoldaşı şagirdlərin əsgərə yazdığı məktubu dinlədikdən sonra göz yaşını saxlaya bilmədi.Şagirdlərə təşəkkür edərək sonda belə bir cümlə işlətdi:"Əsgərlər sizlərin məktubunu oxuduqca daha da qürurlanırlar.Onların hər biri sizlərdən güc alırlar." Sonda məktəbin rəhbərləri Natiq Səmədov başda olmaqla şagirdlərə tədbir haqqında fikilərini söylədilər.