Xocalı harayı

     Fevralın 26 - da  Xocalı faciəsinin 28- ci ildönümünə həsr olunmuş " Xocalı harayı " adlı ədəbi- bədii kompozisiya keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, təlim- tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak etmişdilər.Tədbirdə məktəbin V - XI sinif şagirdləri şeir və mahnılar vasitəsilə Xocalı hadisələrinə münasibətlərini bildirmişdilər.
   Yekunda çıxış edən məktəbin direktoru Yaqut Məmmədova bildirmişdir ki , 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımından 28 il ötür.
Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi