"Bizlərdən bir də olmayacaq"

5 mart 2015-ci ildə "Bizlərdən bir də olmayacaq"adlı ədəbi gecə təşkil olundu.2010-2011-ci ildən etibarən 65 yaşı tamam olmuş,işdən azad olunan müəllimlərlə görüş keçirildi.Ömürlərinin böyük hissəsini məktəb və şagirdlərinə həsr edən bu müəllimlərə dərin hörmət və minnətdarlıq hissini bildirmək üçün kollektivimiz kiçik tədbir hazırlamaqla onların könlünü oxşadılar.Tədbirdə vaxtilə həmin müəllimlərin dərs dediyi şagirdlər iştirak edərək onlara həyatda qazandığı uğurlara görə onlara borclu olduqlarını bildirdilər.