Kəşfiyyatçı İbad Hüseynov

     Fevralın 14 - də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Novruzovanın təşkilatçılığı ilə V “ A “ sinfində “ Azərbaycan Bayrağı “ ordenli , qəhrəman İbad Hüseynova aid tədbir keçirilmişdir.
   Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova , İbad Hüseynovun əsgər yoldaşı Oruc Bayramov , təlim- tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak etmişdilər.
   Tədbirdə İ.Hüseynovun döyüş yolunu əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlanmışdır . Şagirdlər qəhrəmana həsr edilmiş şeirlər söyləmiş , əbədi – bədii kompozisiya nümayiş etdirmişdilər.
   Tədbirin sonunda Oruc Bayramov çıxış edərək İbad Hüseynovun gənclərimiz üçün bir vətənpərvərlik nümunəsi olduğunu xüsusi olaraq vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi