Mülkü Müdafiənin tədrisi

      İkinci yarımildən başlayaraq II siniflərdə Mülkü Müdafiənin tədrisi ilə bağlı II "E " sinfində "Fövqəladə hallar Nazirliyinin əhalinin mühafizəsində rolu" mövzusunda dərs keçirilmişdir.Sinif rəhbəri Qönçə Qasımova şagirdlərə mülkü müdafiənin məqsəd və vəzifələri haqqında məlumat vermiş,slaydlar nümayiş etdirmişdir. FHN -in və Dövlət yanğından nəzarət xidmətinin 4-cü ərazi üzrə Dövlət yanğından Nəzarət İdarəsinin ,Dövlət Yanğından Nəzarət şöbəsinin inspektoru Emil Məmmədov Ramiz oğlu şagirdlərin böyük marağına səbəb olan bu dərsdə iştirak edərək onlara maraqlı məlumatlar vermiş,tövsiyəedici söhbətlər aparmişdır.Yanğından necə qorunmalı ,əgər bu hadisə baş verərsə necə davranacaqları haqqında ətraflı danışmış, şagirdlərin suallarını cavablandırılmışdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyevanın sorğularını cavablandıran şagirdlər bu günkü söhbətdən çox biliklər mənimsədiklərini nümayiş etdirmişdilər. Öyrəndiklərini yazılı və təsvir edərək təqdim edərək və dərsi yekunlaşdırmışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi