Azərbaycanın flora və faunası

    Fevralın 12 - də  məktəbin biologiya müəllimi Rəna Əsgərova Azərbaycanın flora və faunası mövzusuna muraciət edərək rus bölməsinin VIII " H" və VII " Ğ" sinif şagirdləri ilə birlikdə tədbir keçirtmişdir. Tədbirdə su ehtiyatlarının çirkləndirilməsi,sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxmasi,tullantıların tələb olunan səviyyədə idarə olunmaması,müharibənin fesadlarından, biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmamasından faktlar göstərilmişdir. Tədbirdə vətənpərvərliyə,milli ve mənəvi dəyərlərimizə xüsusi yer ayrılmışdır.     

    Sonda ekologiyanın himni səslənmiş və Rəna müəllimənin son sözü ilə tamamlanmışdır. Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Olqa Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Fəzilə Əliyeva ,biologiya fənni üzre metodbirləşmə sədri Sevil Əmirova və müəllimlər iştirak etmişdilər. Yaqut müəllimə bu mövzuda tədbirlərin cəmiyyətimiz üçün daha vacibliyini vurğulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi