Ulu öndərə həsr olunan tədbir keçirildi

Memar ucaltdığı nadir abidələrlə adını əbədiləşdirən tarixə yazandır.Memar ülgülər,naxışlar əsasında gördüyü işlərlə fərqlənəndir. Adam var ev üçün,adam var el üçün doğulur.Heydər Əliyev məhz el üçün doğulan ,torpaq,vətən eşqi ilə yanıb –tutuşan şəxs idi. Bu gün məktəbimizdə ulu öndər H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir iki hissədən ibarət idi: I hissədə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi M.Gülnisə,tarix müəllimlərimiz M.Samirə,Ş.Rəvanənin, ibtidai sinif müəllimləri Sevinc və Cəmilənin açıq dərsləri keçirildi.II hissədə elmi-praktik konfransda məktəbimizin tarix müəllimi E.Əliyevin və şagirdlər-T.Könül,C.Rəşad,Ə.Orxanın çıxışından sonra “Müasir Azərbaycanın memari” adlı inşa yazı müsabiqəsində qalib gələn şagirdlər diplomlarla təltif olundu və ardınca ədəbi bədii gecə keçirildi. Məktəbimizdə təşkil olunan bu tədbirdə xüsusi nümayəndələr dəvət olunmuşdu. Təhsil İdarəsinin əməkdaşları,Polis Akademiyasının müəllimləri, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri, Xəzər rayon YAP – ın nümayəndələri, Buzovna İcra nümayəndəsinin və Bələdiyyəsinin əməkdaşları, ətraf məktəblərin hərbi müəllimləri, N saylı hərbi hissələrinin nümayəndələri, müharibə veteranları, müharibə iştirakçıları və Dövlət Kəşfiyyat Xidmətinin ehtiyyatda olan əməkdaşları əvvəlcə məktəbin foyesində təşkil olunmuş sərgi ilə tanış oldular.Bundan başqa, müəllimlər tərəfindən təşkil olunmuş açıq dərsləri izlədikdən sonra öz təəssüratlarını müəllim və şagirdlərlə bölüşdülər.