Pedaqojı şura

     Pedaqojı Şuranın illik fəaliyyət planına uyğun olaraq yanvarın 31- də I yarımilin yekunlarına və qarşıda duran məsələlərin müəyyənləşdirilməsinə həsr olunmuş 2019/2020 - ci tədris ilinin növbəti Pedaqojı Şura iclası keçirilmişdir.
   İclası məktəbin direktoru Yaqut Məmmədova açıq elan edərək müzakirə olunacaq gündəlik məsələləri hamının nəzərinə çatdırmışdır.
Yaqut Məmmədova Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin göndərdiyi müvafiq sənədlər, I yarımilin yekunları haqqında geniş məlumat verdikdən sonra təlim- tərbiyə işləri üzrə direktor müavinləri və məktəb psixoloqunun hesabatları dinlənilmiş və müzakirə edilmişdir.
I yarımil ərzində V- XI siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələri müəllimlərin iştirakı ilə geniş müzakirə edilmiş və IX siniflərdə tədris dili , riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin növbəti yarımil ərzində təlim və təhsil keyfiyyətlərinin yüksəldilməsi ilə bağlı fikir və təkliflər dinlənilmişdir.
   Yekunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi