Monitorinqin nəticələri təhlil olunmuşdur

     23 oktyabr 2019- cu il tarixində Təhsil Nazirliyi tərəfindən V siniflərin tədris dili , riyaziyyat və xarici dil fənləri üzrə monitorinq keçirilmişdir. Belə ki , Təhsil Nazirliyinin sifarişi ilə hər üç fənn üzrə müvafiq test kitabçaları tərtib olunmuş və məktəb rəhbərliyinin təşkilatçılığı ilə monitorinq baş tutmuşdur.
     Bu gün monitorinqin nəticələri məktəb rəhbərliyi tərəfindən ibtidai sinif müəllimləri və V siniflərdə tədris dili , riyaziyyat və xarici dil müəllimləri ilə birgə təhlil olunmuşdur. Zəif nəticə göstərən şagirdlərin ibtidai sinif müəllimlərinə və V siniflər üzrə tədris dili , riyaziyyat və xarici dil müəllimlərinə təlim naliyyətlərinin yaxşılaşdırılması və buraxılış fənnləri üzrə keyfiyyəti artırmaq üçün davamlı tədbirlərin görülməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi