VIII siniflər arasında dəyirmi masa keçirildi

Dostu düşmən, düşməni dost kimi təqdim etmiş kommunist rejimində işğalın səhəri günü, yəni 28 aprel, 70 il bayram kimi qeyd olunub. Həmin hadisədən 96 il keçməsinə baxmayaraq, hələ də tarixin həmin səhifəsini qara ləkələrdən tam təmizləmək mümkün olmayıb. Sovet tarixşünasları iddia ediblər ki, 28 aprel zəhmətkeşlərin milli hökümətdən narazılığının inqilabla nəticələndiyi gündür. Bu tarixi faktları şagirdlərə düzgün çatdırmaq məqsədilə məktəbimizin tarix müəllimi Ü.Məmmədova VIII siniflər arasında dəyirmi masa keçirdi.Dəyirmi masada şagirdlər slayd izləməklə yanaşı öz fikirlərini müstəqil ifadə edirdilər.Şagirdlər tarixi faktlara əsaslanaraq Azərbaycanda baş verən hadisələrə öz münasibətini bildirdilər.