843 saylı hərbi hissədə görüş keçirildi

Xəzər rayon 26 saylı tam orta məktəbin VIII a və XI d sinfinin şagirdləri “Şagirdlərdə hərbi vətənpərvərlik hislərinin yüksəldilməsi” üzrə tədbirlər planına əsasən 27.04.2016-cı il tarixində hərbi hissədə zabit heyəti ilə görüş keçirmişlər.Kapitan Əliyev Rüstəm şagirdlərə hərbi hissə haqqında ümumi məlumat verərək ordunun dövlət quruculuğundakı rolundan,hazırda ordumuzun yüksək hazırlıq səviyyəsindən,aprelin 2-dən 5-nə qədər olan dövrdə cəbhədə Azərbaycan əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıqlardan danışmışdır. Mayor Ramil İbrahimov,kapitan Orxan Yusifzadə və kapitan Elmar Mehdiyev isə müasir tipli helikopterlərin döyüş qabiliyyəti barəsində şagirdlərə məlumat verdilər. Şagirdlərə səmimi münasibət göstərdiyinə görə,ordumuz haqqında yüksək peşəkar səviyyədə söhbət apardığına görə kapitan Rüstəm Əliyevə, kapitan Orxan Yusifzadəyə və Elmar Mehdiyevə dərin təşəkkürlərimizi bildiririk. Bu görüşü təşkil edən məktəbimizin 'məkdar müəllimi S.Əmirovaya xüsusi təşəkkür edirik.