Qəhramanlıq tariximiz

         Yanvarın 17 - də 20 Yanvar faciəsinin 30 - cu ildönümü ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlər keçirilmişdir. Məktəbin ibtidai sinif şagirdləri keçirilmiş tədbirlərdə  şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla  yad edərək başlamışdılar. Sinif rəhbərləri şagirdlərə  bu tarixi gün haqqinda məlumat vermişdilər.Uşaqlar təqdimatlarla çıxış etmiş və şeirlər söyləmişdilər. Öz yaşlarına uyğun bu günü dərk etdiklərini nümayiş etdirmişdilər. Bu günü " Qəhramanlıq tariximiz " adlandıraraq tarixi heç zaman unutmayacaqlarına ,azadlıq uğrunda özlərini qurban vermiş şəhidlərimizi daim yad edəcəklərinə,əməlləri ilə onlara layiq həmvətənləri olacaqlarına dair söz vermişdilər.
  Şagirdlər məktəbin həyətində ucaldılmış İftixar Tağıyevin büstü qarşısında bütun şəhidləri yad etmiş və büstün qarşısına tər qərənfillər duzmüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi