Azadlığa gedən yol

       Yanvarın 17 - də məktəbimizin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 30 - cu ildönümünə həsr edilmiş " Azadlığa gedən yol " adlı tədbir keçirilmişdir.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşən Salahov, Rayon İcra Hakimiyyətinin əməkdaşları , hüquq mühafizə orqanlarının nümayəndələri , məktəbin direktoru Yaqut Məmmədova və digər məktəb direktorları iştirak etmişdilər.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
   Daha sonra məktəbimizin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş , şeirlər səsləndirilmişdir.
   Şagirdlər öz çıxışları ilə 1990 - cı il yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli- azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini , əksinə Azərbaycanın tarixinə parlaq bir səhifə yazaraq xalqın milli azadlığı və müstəqilliyi üçün yol açdığını vurğulamışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi