"Azadlığa aparan yol " adlı inşa müsabiqəsi

İllər ötür , nəsillər dəyişir , xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bunlardan biri - yaddaşlarda silinməz izlər qoymuş 20 Yanvardan bizi artıq 30 il ayırır .
İmperiya cəlladları xalqın gözünü qorxutmaq , onun azadlıq ruhunu qan içində boğmaq istəsələr də , arzuları gözlərində qaldı .
Xalqımızı müstəqilliyə çatdıran şərəfli yolun başlanğıcı - 20 Yanvar hadisələri ilə əlaqədar müasir gəncliyin düşüncələrini öyrənmək məqsədilə 16.01.2020 - cı il tarixində məktəbimizin VII sinif şagirdləri arasında "Azadlığa aparan yol " adlı inşa müsabiqəsi keçirilmişdir .
İnşa yazıları təşkilat komitəsinin üzvləri tərəfindən nəzərdən keçirilmiş və müsabiqənin qalibləri müəyyənləşdirilmiş və diplomlarla mükafatlandırılmışdılar.