"Əsgərə məktub" aksiyası keçirildi

Asan xidmətin “Əsgərə məktub”layihəsinə əsasən məktəbimizdə məktub yazma aksiyası keçirilmişdir.I-XI siniflər bu aksiyada fəal iştirak etmişdir.Aprelin 22-də 2500 məktub Asan xidmətin Nizami rayon şöbəsinə təhvil verilmişdir.Aksiya hələ də davam edir.Məktubda şagirdlərin əsgərə yazdığı arzular xüsusi hiss və həyəcanla qeyd olunub.Azərbaycan əsgərinə olan sevgi - Vətənə sevgi deməkdir.Məktubda ölümdən ölümsüzlüyə doğru gedən yolda onlardan daha mübariz və səbirli olmalarını bildiriblər. Bütün bunlar böyüdükcə hər bir şagirdin balaca ürəklərində Azərbaycan adlı bir sevgi böyüməsinə sübutdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi