"Sülh qalibdir"

10 mart 2015 - ci il tarixində məktəbimizdə təhsil alan 6 -cı sinif şagirdi Mehdiyeva Nərminin "Sülh qalibdir" adlı kitabının təqdimatı keçirildi. Tədbirdə BDU-nun professoru Qurbanov Əsədulla, "Zəka" və "Ülviyyət" qəzetinin təsisçi redaktoru Ağayeva Elmira, Lider TV-nin əməkdaşları və başqaları iştirak etdilər.Nərmin diplom və müxtəlif hədiyyələrlə təltif olundu. Bundan başqa onun yazdığı şeirlər məktəb şagirdləri tərəfindən səsləndi.