Valideynin məktəbdə bir günü

        Valideynlərin təhsildə iştirakı onların övladlarının təhsilinə birbaşa cəlb olunması məktəbin inzibati və pedaqoji heyəti ilə birgə təhsilalanların öyrənmə prosesində böyük əhəmiyyətə malikdir. 2018-2019 - cu tədris ilində təşkil olunmuş görüşlərin davamı olaraq valideynləri məktəb daxilində həyata keçirilən layihələrə , reallaşdırılmış fəaliyyətlər və onların nəticələri ilə tanış etmək lazımı prosesdir. Bu məqsədlə dekabrın 17- də məktəbimizdə " Valideynin məktəbdə bir günü" adlı layihə işi davam etdirilmişdir.Layihənin icrası zamanı təlimata uyğun olaraq əvvəlcə ümumtəhsil müəssisəsi ilə əyani tanışlıq keçirilmiş, məktəbin direktoru Yaqut Məmmədovanın görülən işlərlə bağlı hesabatı dinlənilmiş, pedaqoji heyət və texniki işçi kollektivi ilə ünsiyyət platforması yaradılmış, dəhlizdə təşkil olunmuş sərgiyə baxılmış, mütaliə vərdişləri ilə bağlı şagirdlərin çıxışları dinlənilmiş,eyni dərs saatında valideynlərin bilavasitə iştirakı ilə dərslər müşahidə olunmuşdur. Məktəbin akt zalında "Nəsimi ili" nin yekunu olaraq tədbir keçirilmişdir. Sonda valideynlər üçün seminarlar təşkil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi