12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür !

      Bu gün məktəbin rus bölməsinin rus dili müəllimi Nailə Hüseynovanın təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.
  Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevi 1 dəqiqəlik sükutla anmışdılar. Şagirdlər bu böyük şəxsiyyətin həyat və fəaliyyəti haqqında məlumat vermiş, bu dahi insana həsr olunmuş şeirlər söyləmişdilər.
  Tədbirdə məktəbin direktoru Yaqut Məmmədova, təlim- tərbiyə işləri üzrə direktor müavini Olqa Əliyeva, müəllimlər iştirak etmişdilər.

  Tədbirin sonunda məktəbin direktoru çıxış edərək bildirmişdir ki , Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan , əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi