"Məktəbdə valideynin bir günü"nə hazırlıq

      Dekabrın 5 - də məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin 26.11.2019- cu il tarixli -T 448 nömrəli əmrinə əsasən keçiriləcək "Məktəbdə valideynin bir günü"nə hazırlıq məqsədilə direktoryani müşavirə aparılmışdır.
   Müşavirədə məktəbin direktoru Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloq, kitabxanaçı, sayt üzrə məsul şəxs və fənn metodbirləşmələri iştirak etmişdilər.
    Təhsil siyasətinin həyata keçirilmısində valideynlərin aktiv iştirakının təmin olunması , qeyri - formal mühitdə məktəbin inzibati , pedaqoji heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə keçiriləcək " Valideynin məktəbdə bir günü" adlı layihə ilə bağlı məktəbin direktoru Yaqut Məmmədova çıxış edərək əmrlə müşavirə iştirakçılarını tanış etdi. Qərara alındı ki, layihə çərçivəsindəki tədbir 17 dekabr 2019- cu il tarixdə təsdiq edilmiş proqrama uyğun keçirilsin.
    Tədbirin keçirilmə şərtləri və qaydaları ilə bağlı təkliflər dinlənilmiş, təşkilat komitəsi yaradılmış və vəzifə bölgüsü aparılmışdır.
Valideynlərin məktəblə qarşılıqlı fəaliyyət göstərməsi , onların təhsilin inkişafındakı rolu , valideyn- müəllim münasibətlərinin səmərəli təşkili, məktəbin kitabxana işçilərinin fəaliyyət istiqamətləri və şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
   Sonda tədbirin yüksək səviyyədə keçirilməsinin vacibliyi vurğulanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi