Nizami Gəncəvi yaradıcılığında ətraf mühitin mühafizəsi” mövzusunda dəyirmi masa

17 aprel  2024-cü il tarixində kitabxanada 4a sinfinin  iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında ətraf mühitin mühafizəsi” mövzusunda dəyirmi masa keçirildi. 
Dəyirmi masada “Nizami Gəncəvi kimdir”, “Nizami Gəncəvinin hansı əsərləri var”, “ətraf mühit dedikdə nə başa düşülür?”, “ekologiya nədir”, “ekoloji problem nədir” kimi suallar ətrafında müzakirələr aparıldı.  Dəyirmi masada Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında danışıldı. Şagirdlər şairin poemalarından ətraf mühitin mühafizəsi ilə bağlı hissələr səsləndirdi, kitabxana müdiri  Mehparə Əsədova  misraların mənasını izah  etdi. Dəyirmi masada belə nəticəyə gəlindi ki,  dahi şairimiz Nizami Gəncəvinin əsərləri bütün dövrlərdə müasirdir, onun toxunduğu məsələlər həmişə öz aktuallığını saxlamışdır.

Kitabxana müdiri: Mehparə Əsədova
Sinif rəhbəri: Nərgiz Mirzəliyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi