31 mart Azərbaycanlıların Soyqırımı Günü

29 mart 2024 -cü il tarixdə kitabxananın təşkilatçılığı, 8a sinfinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kitabxana müdiri Mehparə Əsədova açdı, soyqırım qurbanlarının və azadlıq uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tarix müəllimi Gülxarə Həsənova soyqırımdan əvvəlki vəziyyət, soqırımın baş vermə səbəbləri, soqırım zamanı həyata keçirilən kütləvi qətliamlar və sonrakı hadisələr haqqında danışdı. Mövzu ətrafında müzakirələr əsasında tarix boyu Azərbaycan xalqının başına gətirilən faciələr, bu faciələrin səbəbləri, oxşar xüsusiyyətləri və nəticələri barədə söhbətlər aparıldı. Şagirdlərə tövsiyə edildi ki, heç zaman tariximizi unutmasınlar, tarixi faktları əks etdirən kitablar oxusunlar və bu hadisələrdən ibrət götürsünlər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi