21 Mart Beynəlxalq Poeziya günü

21 Mart Beynəlxalq Poeziya günü münasibətilə Kitabxananın təşkilatçılığı ilə şeir müsabiqəsi keçirildi. Tədbiri kitabxana müdiri Mehparə Əsədova açdı. Tədbirdə şeir haqqında danışıldı, şeirlər səsləndirildi.
Kitabxana müdiri Mehparə Əsədova, Uşaq Birliyinin rəhbəri Gülnarə Sadıqova, məktəb psixoloqu Səidə Nuriyeva, ibtidai sinif müəllimləri Nərgiz Mirzəliyeva və Gülüstan Məmmədova tərkibdə olan münsiflər heyəti tərəfindən müsabiqədə iştirak edən şagirdlərin qiymətləndirilməsi aparıldı. Dördüncü sinif şagirdləri arasında keçirilən müsabiqədə 4c sinif şagirdi Zeynəbxanım İbrahimova qalib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi