“Beynəlxalq ana dili günü”

“Beynəlxalq ana dili günü” münasibətilə kitabxanada 8c sinif şagirdlərinin iştirakı ilə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin müzakirəsi keçirildi. Ədəbiyyat müəllimi Ülkər Yaqubova Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Kitabxana müdiri Mehparə Əsədova əsərin yazıldığı dövrdə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət haqqında danışdı. Şagirdlər tərəfindən əsərin obrazları təhlil edildi. Suallar ətrafında əsərin müzakirəsi aparıldı. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri yüksək ideyasına görə hər zaman aktualdır və böyük tərbiyəvi əhəmiyət daşıyır. Dilini sevməyən insan Vətənini də sevməz, qorumaz. “Anamın kitabı” əsəri Vətənimizi, dilimizi qorumağa bir çağırışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi