Beynəlxalq Ana dili Günü

21 fevral 2024 - cü il tarixində məktəbdə sinif rəhbəri N.Mirzəliyevanın təşkilatçılığı ilə Beynəlxalq Ana dili Günü qeyd olunub.Tədbirdə  Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin  xidmətləri xüsusilə vurğulanıb.Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, hazırladıqları referatları təqdim ediblər.Qeyd edək ki, məktəbdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarət olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi