20 Yanvar faciəsinə  həsr olunmuş ədəbi - bədii kompozisiya

19 yanvar 2024 -cü il tarixində məktəbdə  qəhrəmanlıq tariximiz olan 20 Yanvar faciəsinə  həsr olunmuş ədəbi - bədii kompozisiya təşkil olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Bu tarix bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət və suverenlik uğrunda mübarizəsinin simvolu kimi qəbul edilmişdir. 20 Yanvar faciəsindən artıq 34 il ötsə də Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğul və qızlarını heç zaman unutmayacaq. Onların əziz xatirəsi daim yad ediləcək və qəlblərdə yaşayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi