Nailiyyətlərimiz

Respublika şahmat festivalı keçirildiAzərbaycan xalqının ümummilli lideri H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Respublika Şahmat festivalında məktəbimizin şagirdlərindən Məmmədli Tural Əbil oğlu(III sinif) və Osmanlı Ləman Nəriman qızı(IV sinif) Rayon turunun qalibi olaraq 6 nəfərdən ibarət komanda tərkibində Respublika Şahmat festivalında iştirak etmişlər. Festivalda Respublika məktəbləri arasında Qaradağ rayonunun komandası ilk onluğa düşən üç Bakı rayonlarından biri olmaqla VI yeri tutmuşdur.

“Təhlil və ifa edir Gənc musiqiçilər” III Respublika Elmi-İfaçılıq müsabiqəsi keçirildiÜzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında 4-18 aprel tarixində Qara Qarayev adına "Təhlil və ifa edir gənc musiqiçilər" adlı III Respublika Elmi- İfaçılıq müsabiqəsi keçirildi. Məktəbimizin 5”a” sinif şagirdi Səfərli Aydan Vüqar qızı bu müsabiqədə X.Qasımova tərəfindən “Həvəsləndirici” fərmanla mükafatlandırıldı. Aydan, sözləri A.Puşkinə aid olan “Mən sizi sevirdim” romansını, Covanni Batista Perqolezinin “Əgər sevirsən” italyan ariyasını və Azərbaycan xalq mahnısı “Səndən mənə yar olmaz” kimi əsərləri ifa edib

Şagirdlərimizin uğurlarıUlu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən şahmat yarışında şagirdlərimiz 62 komandalar içerisində respublika üzrə IX-cu yeri tutmuşlar.Rayon üzrə 6 yerdən 1-ci yer Bəşirzadə Sona,2-ci yer Məmmədli İlkin,3-cü yer Osmanlı Ləman.

HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Elxan İsmayılov adına 253 nömrəli tam orta məktəb Tikildiyi il: 1972 Layihə tutumu: 1176 Məktəbdə hal-hazırda 1037 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 76 müəllim və inziba...

BİZİM FƏXRLƏRİMİZ

Fəridəxanım Qasımzadə Rəsul

Tural Abdullayev Ənvər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi