Nailiyyətlərimiz

Məktəbimizin şagirdi taekvando idman növü üzrə qələbə qazandıMəktəbin 8"c" sinif şagirdi Qurbanov Nurlan 07.05.2016-cı il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və İdman Sağlamlıq Mərkəzinin təşkil etdiyi taekvando idman növü üzrə Açıq Birinciliyində III dərəcəli Diplomla təltif edilmişdir.

XIII “Şagird-Tələbə Elmi Konfransı” keçirildiAzərbaycan Respublikası Təhsil Nazirliyi 03.05.2016-cı il tarixdə, Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönmünə həsr olunmuş “Müasir Azərbaycan-Ulu Öndər Heydər Əliyev ideyaları işığında” XIII Şagird-Tələbə Elmi Konfransında “Bölmənin ən yaxşı məruzəçisi” nominasiyasının qalibləri sıralarında məktəbimizin 10c sinif şagirdləri Məmmədova Aysel və Vəlizadə Rəna elmi rəhbər İbişova Günay müəllimə olmaqla konfransın Sertifikat və Diplomları ilə təltif olunmuşlar.

Məktəbimizin şahmat komandası I yeri tutduMəktəbimizin şahmat komandası 02.05.2016-cı il tarixdə “ Ümumdünya Şahmat Olimpiadasının” məktəblər arasında təbliğinə həsr olunmuş Qaradağ rayon Şahmat turnirində I yeri tutaraq diplomla mükafatlandırılmışlar. Komanda Şəhər turnirində rayonu təmsil edəcəkdir.

HAQQIMIZDA

Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Elxan İsmayılov adına 253 nömrəli tam orta məktəb Tikildiyi il: 1972 Layihə tutumu: 1176 Məktəbdə hal-hazırda 1037 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 76 müəllim və inziba...

BİZİM FƏXRLƏRİMİZ

Ədalət Eyvazlı Hikmət

İbrahim Hüseynli Müzəffər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi