«Bayrağımız – qürur mənbəyimizdir»

Dövlət Bayrağı gününə həsr olunmuş «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirilmişdir. Azərbaycan himni səsləndirildikdən sonra tədbirin bədii hissəsi şagirdlərin ifasında davam etdirildi. Əvvəlcə Güldost Aytən müəllimə şagirdlər bildirib ki, Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağın üzərindəki hər rəng və simvol bir məna daşıyır. Üçrəngli bayrağımızı qəhrəman babalarımızın qoyub getdiyi və bizə etibar etdiyi ən böyük, ən qiymətli yadigarıdır. Daha sonra məktəbin 4n sinif şagirdləri çıxış edib, şeirlər söyləyib, mahnılar oxudular. Şagirdlərin hazırladığı ədəbi-bədii tədbir çox gözəl alındı. üçrəngli geyimdə rəqs edən qızlar və bir çox digər məqamlarla dolu olan Bayraq Günü tədbiri maraqlı, Azərbaycan Respublikasının rəmzinə layiq şəkildə keçirildi.