6”B”sinfi Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 ci ildönümünü qeyd etdi

Bu gün məktəbin dil-ədəbiyyat müəllimi Jalə Gülalıyevanın rəhbərlik etdiyi 6”B”sinfi Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-ci ildönümünü qeyd etdilər. Tədbir Azərbaycanın Dövlət Himni ilə açıldı.Sonra şagirdlər ADR-in yaranma tarixindən bəhs edən “Azərbaycan” adlı mahnı ifa etdilər və Vətənə aid şeirlər səsləndirdilər. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirmək, dövlətin tarixi keçmişi ilə tanış olmaq, Şərqdə ilk Demokratik Cümhuriyyət qurmuş xalqımızın möhtəşəm tarixinə nəzər salmaq idi.