6 cı sinif şagirdləri arasında “Ağıl dəryası” yarışması keçirildi

Mayın 5 -i 2019-cu il tarixində məktəbdə İnformatika müəllimləri Hüseynova Aysel və Əsgərova Gülarənin rəhbərliyi ilə 6 cı sinif şagirdləri arasında “Ağıl dəryası” yarışması keçirildi. Yarış çox maaraqlı və rəqabətli keçdi. Yarışmada 6A,6Ə,6F,6G,6Ç sinifləri iştirak edirdi. Yarışma 3 mərhələdən ibarət idi. KAHOOT proqramında hazırlanmış 12 sualı düzgün və cəld cavablandıraraq 6A sinifi I mərhələnin qalib oldu. II mərhələ 6A və 6 Ə sinif şagirdlərinin bərabərliyi, III mərhələ isə 6Ə sinifinin qalibiyyəti ilə sonlandırıldı. Yarışmada dinləyici kimi məktəbin direktor müavinləri və müəllimlərdə iştirak edirdilər.