“Laylay Xocalım laylay” adlı tədbir keçirildi

Məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq əsasən silsilə tədbirlər həyata keçirilib. Akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Əsədovanın rəhbərliyi məktəbin şagirdləri ilə birgə “Xocalı fəryadı” adlı tədbir keçiriblər. Tədbirdə mövzu ilə bağlı şeirlər söylənilib, səhnəcik nümayiş etdirilib. Şagirdlərin nümayiş etdirdiyi ədəbi-bədii kompozisiya ilə Xocalı faciəsinin 27-ci ildönümü qeyd olunub. Düşmənə nifrət, faşizmə lənət ifadə edilib.