7 c sinfində kimya fənnindən açıq dərs keçirildi.

     17.02.2019-cu il tarixində  7 c sinfində məktəbimizin  kimya fənnindən Zibeydə müəllimə açıq dərs keçirdi. Açıq dərsin mövzusu “ Kimyəvi reaksiyaların tipləri” idi. Zibeydə müəllimənin təşkil etdiyi açıq dərsdə kimyəvi reaksiyaların 4 tipinə aid (birləşmə, parçalanma, əvəzetmə, dəyişmə) təcrübələr aparıldı, video-materiallar göstərildi. . Sonra şagirdlər bu təcrübələrin hansı tipə aid olduğunu qruplara ayrılaraq müzakirə etdilər. Açıq dərs başa çatdıqdan sonra müşahidəçi müəllimlər dərsin gedişi haqqında öz müsbət fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi