31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə “Azərbaycançılıq” mövzusunda açıq dərs

Bu gün dil-ədəbiyyat müəllimi Gülalıyeva Jalə 7ğ sinifində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə “Azərbaycançılıq” mövzusunda açıq dərs keçirdi. Açıq dərsdə Azərbaycanın tarixində, bugünündə baş verən mədəni, iqtisadi, elmi dəyişikliklər müzakirə olundu. Daha sonra şagirdlər Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın bü günü yüksəlişindəki nəaliyyətlərindən bəhs edilən slaydlarını nümayiş etdilər. Jalə müəllimə şagirdlərə vətənə bağlılıq, sədaqət, qəhrəmanlıq kimi keyfiyyətlər aşıladı.