Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin anım günüdür.

Böyük şəxsiyyət, öz dövrünün canlı tarixi və aynası olan H.Əliyevin anım günü ilə bağlı məktəbimizdə tədbir keçirildi. Məktəbin ibtidai sinif müəllimi Aytən Güldost Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti ilə barədə şagirdlərə məlumat verdi. Şagirdlər H.Əliyevin xatirəsinə həsr edilmiş şeirlər səsləndirdilər. Bu gün bir daha qürur və hüznlə H.Əliyevi yad etdik. H.Əliyevin yaşadığı mənalı ömür, keçirdiyi şərəfli yol milyonlara örnəkdir.