1 mart Ümumidünya "Mülkü Müdafiə" günüdür!!!

01.03.2015 ci ildə 252 nömrəli məkrəb-liseydə 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı "Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə halların qarşısının alınması mədəniyyəti" mövzusuna aid tədbir keçirilmişdir.Tədbirdə "1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür", "Azərbaycan Respublikasının Mülki müdafiə sistemi", "Təhlükəsiz cəmiyyət üçün fövqəladə halların qarşısının alınması mədəniyyəti" mövzularında məruzələr dinlənilmişdir. Məruzəçilərin çıxışlarında Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, 1 mart - Ümumdünya Mülki Müdafiə Günü və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumatlar verilmişdir.Məruzələrdən sonra 1 mart - Ümumdünya Mülki Müdafiə Günü və mərkəzin struktur bölmələrinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.Eləcə də qeyd etmək lazımdır ki, tədbirdə Sabunçu rayon FHN-nin şöbə rəisi Əlislam Hacıyev və məktəbin direktoru Eminova Xədicə xanım və məktəbin direktor müavini Muradova Fazilə tədbirlərdə iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi