“Abad məhəllə” layihəsi çərçivəsində yeni salınmış məhəllələr arasında Şahmat turniri

Sabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Abad məhəllə” layihəsi çərçivəsində yeni salınmış məhəllələr arasında Şahmat turniri keçirilmişdir. Turnirdə məktəbimizin şagirdləridə iştirak etmişdir. Məktəbimizi təmsil edən şagirdlər arasında VI sinif şagidi Əsədli Eltac və VII sinif şagirdi Məmmədova Fidan oyunda rəqiblərinə qalib gələrək I yerə layiq görülmüşdülər. Turnirin sonunda yarışda uğur qazanan şagirdlərimizə Diplom təqdim edildi. Məktəbimizn direktoru Eminova Xədicə məlimə məktəbimizi layiqincə təmsil edərək qalib gələn şagirdləri və onları bu yarışda kömək göstərən məktəbin fiziki-tərbiyə müəllimi Rafael Əmirəhmədovu təbrik edərək növbəti yarışlarda uğurlarının dahada bol olmasını arzu etdi.