Aniti narkotik təbliğatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirildi

11.12.2018 ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin təşəbüsü ilə məktəbin yuxarı sinif şagirdləri arasında aniti narkotik təbliğatının gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov, İdman və Gənclər İdarəsinin rəisi Rakif Əliyev və Bakı Şəhər Narkoloji dispanserin həkim narkoloqu Pərvin Abbasova nakomaniyanıın yayılması , fiziki və mənəvi təsirləri, nakomaniyaya qarşı mübarizənin son durunu ilə bağlı iştirakçılara məlumatlar verərək çıxış etdilər. Daha sonra narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu.